Yuxarı

Zamirə Dadaşovanın ürək sızladan hekayəsi – Faciə

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın günlərdə xərçəng xəstəliyindən əziyyət çəkən 47 yaşlı bacısını itirən telejurnalist Zamirə Dadaşova həyatında ard-arda baş verən faciələr haqda yazıb.

Kult.az xəbər verir ki, o, sosial şəbəkədə paylaşdığı qısa həyat hekayəsində doğmalarını itirməsini və bunun çox ağır olduğunu qeyd edib:

“Deyirlər, zamanla bir az özümə gələcəyəm, amma zaman keçdikcə daha da pis oluram. “Niyə” sualının cavabını axtarıram. Ailədə 5 uşaq olmuşuq: 4 bacıdan sonra qardaşım dünyaya gəlib. Çox mehriban, xoşbəxt bir ailəmiz vardı. 1987-ci ildə 14 yaşlı bacımı itirdik. Onda mənim 9 yaşım olacaqdı. 2004-cü ildə 53 yaşında anamı, 29 yaşında bacımı iki övladı ilə (7 yaşında oğlu, 6 yaşında qızı), 23 yaşında nişanlı qardaşımı və 15 gün əvvəl dünyasını dəyişən 47 yaşlı bacımın 5 yaşında qızını itirdik.

2011-ci ildə isə oğlum dünyasını dəyişdi. Yəni o 5 uşaqdan bircə mən qalmışam. Niyə mən? Bundan sonra nə olacaq, bilmirəm. 75 yaşı olacaq bir atam, iki oğlum, bacımın yadigarı 13 yaşında bir qızı və mən.

Hövsandakı mənzildə isə 8 nəfər... Bir bacım da Qubada dəfn olunub. Səbir edirəm, guya əlimdən başqa nə gəlir ki?!”

Xatırladaq ki, Z.Dadaşova anası, qardaşı, bacısı və 3 bacısı uşağını illər öncə baş vermiş avtomobil qəzasında itirib. 15 gün öncə isə jurnalistin xərçəng xəstəliyindən əziyyət çəkən bacısı dünyasını dəyişib.

Tarix
2019.02.08 / 12:22
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Təyyarəmiz generalın əmri ilə vurulub - Yeni sensasion məlumat

Mixail Qusman işdən çıxarıldı

Prezidentin nümayəndəsi "Araz-Naxçıvan"ı təbrik etdi

AZAL reysinə zərbə endirən Paladiçukun şərhləri yayıldı - Video

Hakan Fidan Azərbaycan stendini ziyarət etdi - Foto

Azərbaycan XİN də Rusiyaya başsağlığı verdi

Azərbaycan bu şəxsi Özbəkistana ekstradisiya etdi

İlham Əliyev Putinə başsağlığı verdi

İlham Əliyevin bu müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

Azərbaycandan Marko Rubioya müraciət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla