Yuxarı

Elnur: “Əbru Gündeşdən kömək istəyəcəm…”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elnur: “Əbru Gündeşdən kömək istəyəcəm…”

60-cı "Avroviziya" mahnı müsabiqəsində ölkəmizi təmsil edən Elnur Hüseynov Türkiyənin "Hürriyət" qəzetinə müsahibə verib.

Axar.az həmin müsahibəni təqdim edir:

– "O Səs Türkiyə"də birinci olduqdan sonra Azərbaycanı "Avroviziya" musiqi yarışmasında təmsil etmək təklifi aldın. Təklifi alanda nə düşündün?

– Hər şey çox tez baş verdi. Bir müsabiqədən yeni çıxmışdım və başqa bir yarışmaya qatılmağımı istədilər. Nəticə olaraq hər iki layihə kifayət qədər nüfuzludur. Bu səbəbdən həyəcanlı idim.

– 2008-də "Avroviziya"da Azərbaycanı təmsil edib səkkizinci olmuşdun. Səncə, "O Səs Türkiyə"də birinci olmağın sənin yenidən "Avroviziya"da iştirakın üçün zəmin yaratdımı?

– Bəlkə də. Əlbəttə ki, "O Səs Türkiyə"dəki performansım və qələbəmin müəyyən qədər rolu ola bilər...

– Rusiyalı "The Voice"a da qatıla bilərdin, amma "O Səs Türkiyə"ni seçdin. Niyə?

– Amsterdamda oxuyarkən dostlarım mənim adımdan video göndərmişdi Rusiyadakı yarışmaya. Amma orda iştirak etmək istəmirdim.

– Səbəb rus dilidir?

– Yox, rus dilini bilirəm. Əlbəttə ki, rusca mahnı da oxuya bilərəm, amma istəmədim. Türkiyə daha çox diqqətimi çəkdi. Türkiyə bizim qanımızdır. Biz iki dövlət, bir millətik.

– Rusiyada qalib gəlməyin karyeran üçün daha perspektivli olmazdımı?

– Bəlkə də... Amma əsas olan insanlar arasındakı duyğulardır. Mənim ürəyimcə olan Türkiyə idi.

– Bu duyğu qarşılıqlıdır. Türk xalqının gözü, qulağı səndədir. Küçədəki vətəndaşlar sanki bizim adımıza yarışırsan, "Elnur, al mükafatı, gəl" – deyir. Maraqlıdır, bu məsuliyyət sənin üzərində hansısa təzyiq yaratmırmı?

– Əksinə, qürur duyuram. Promo turnirində ikən Stokholmda bir marketə girdim. Bir-iki şey aldım, pulunu verəndə mənə "Elnur, necəsən? Səndən pul alarıq heç?" – dedilər. Çox duyğulandım. Hər şeydən öncə öz gücümüzü hiss edirəm. Heç yerdə yalnız olmadığımı bilirəm.

– Səsvermə ilə bağlı nə deyirsən? "Hour of the Wolf" xaricdə yaşayan türklərin səsini qazanacaqmı?

– Mahnını bəyənən, mənim qalib gəlməyimi istəyən insanlar, yəqin ki, səs verər. Amma mən xüsusi olaraq heç kimdən səs istəmərəm. Mənim üçün verilən səslərdən çox, mənim işimi bəyənmələridir. Səhnədə o hissi çatdıra bilmək, "nə gözəl oxudu!" dedirtmək daha önəmlidir. Ümidvaram, buna nail ola biləcəyəm.

– Nəticə olaraq bu bir yarışmadır, hansısa adi performans və ya konsert deyil. Stressdən gecələr yuxusuz qaldığın olurmu?

– Olur. Hətta gərgin iş rejimindən başım şişib, bir az da səssiz, sakit vaxt keçirmək istəyirəm.

– Səbrin tükənib sanki...

– Bir də gördün, qazandım. Nəticəni eşidəndə də səhnədə huşumu itirərəm. Bilmək olmaz... (gülür)

– Nədir səni bu qədər yoran?

– Promo turnirində idik, ölkə-ölkə gəzdik, hər kəslə danışdıq. O dönəmdə yalnız qalmağım mümkün deyildi. Bu özü də məni yordu. Amma bu yolu nə olur-olsun keçməliyəm.

– Yolu keçsən, nə olacaq?

– Bütün arzu və istəklərimi reallaşdıracam.

– Yarışma bitən kimi İstanbula gəlib albom çıxaracağını eşitdim.

– Düzdür, həm də bir deyil, iki albom birdən.

– Necə yəni?

– Bir albomu Avropada yayımlanması üçün hazırlayırıq. Biri də yalnız türk dilində ifa olunan mahnılardan ibarət olacaq.

– Türk dilini necə bilirsən?

– Vaxt keçdikcə daha yaxşı öyrənirəm. Türkcə danışmağı "Möhtəşəm yüz il"i izləyərək öyrəndim. İndi daha da təkmilləşdirirəm.

– Neçə dil bilirsən?

– Azərbaycanca, türkcə, ingiliscə, rusca, polyakca... Amma türkcə pop mahnılardan başqa türkü oxumağı da bacarmaq istəyirəm. Buna görə Ebrudan kömək istəyəcəm.

Tarix
2015.05.21 / 15:49
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla