Bu qidalarla bağlı hamilə xanımların diqqətinə!
02:03
| Ana səhifə Planet |
|
Rusiya hədəfləri avtonom şəkildə müəyyən edə bilən “Lanset” kamikadze PUA-sının yeni versiyasından istifadə edir.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu hesabatında qeyd edib.
Məlumata görə, bu PUA-lardan oktyabrın 21-dən daha aktiv istifadə edilməyə başlanılıb:
“PUA hədəf növlərini ayırd edə və uğurlu zərbə şansını artıra bilən avtomatik hədəfləmə sisteminə malikdir. PUA hələ geniş istifadə edilmir, lakin hərbçilər kütləvi sinxron zərbələr üçün dronları sınaqdan keçirirlər”.
Hesabatda o da qeyd olunub ki, PUA-ların yükgötürmə qabiliyyəti 3-5 kq arasındadır. Bu da mühüm hərbi hədəflərə ciddi ziyan vurmaq üçün kifayət deyil.
|
Tarix
2023.10.29 / 10:44
|
Müəllif
Axar.az
|