
Kanalda 12 gün əvvəl batmış şəxsin meyiti çıxarıldı
22:00
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Ermənistan hökuməti nağd ödənişlər müqabilində qismən hərbi xidmət keçməyə imkan verən qanun layihəsini təsdiqləyib.
Axar.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Suren Papikyan deyib.
Onun sözlərinə görə, qanun layihəsində çağırış yaşının yuxarı həddinin 27-dən 32-yə qaldırılması da nəzərdə tutulub.
Papikyan qeyd edib ki, vətəndaşlar üç variantdan birini seçə biləcək: 24 milyon dram (təxminən 62 min dollar) ödəməklə bir aylıq xidməti başa çatdırmaq; dörd ay xidmət edib və 18 milyon dram (təxminən 46 min dollar) ödəmək; və ya heç bir ödəniş etmədən tam 24 ay hərbi xidmət çəkmək.
Erməni nazir bu təşəbbüsü orduda kadr probleminin həllinin zəruriliyi ilə izah edib.
Tarix
2025.05.22 / 17:03
|
Müəllif
Zeynəb Əkbər
|