Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Moskvada keçiriləcək təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli nümayəndələrin 13-cü Beynəlxalq Görüşündə iştirak etməyəcək.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının Aparatı məlumat yayıb.
“28 may Respublika Günü münasibətilə keçiriləcək tədbirlərdə iştirakla əlaqədar olaraq, Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Moskvadakı görüşdə iştirak etməyəcək”, - açıqlamada bildirilib.
Qeyd edək ki, təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli nümayəndələrin 13-cü görüşü 27–29 may tarixlərində Moskvada, Rusiya Milli Mərkəzində keçiriləcək. Artıq 100-dən çox ölkədən 125-dən çox nümayəndə heyəti və 14 beynəlxalq təşkilatın iştirak edəcəyi təsdiqlənib.