Yuxarı

FHN bina sahiblərinə 5 ay vaxt verdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN bina sahiblərinə 5 ay vaxt verdi - Video

İçərisində yaşayış olsa belə, istismarına rəsmi icazə verilməyən çoxmərtəbəli binalara prosesi yekunlaşdırmaq üçün 5 ay vaxt verilib.

Bunu "Xəzər Xəbər"ə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib.

Elxan Əsədov sahibləri ölən və ya həbsdə olan binalarda isə istismara verilmə prosesinin yerli icra qurumlarına həvalə edildiyini deyib:

“Bakı şəhərində tikintisi başa çatan və içərisində yaşayış olmasına baxmayaraq, istismara qəbul aktı verilməmiş 434 bina var. Dövlət başçısının fərmanına əsasən bu cür binaların istismara qəbulunu sürətləndirmək məqsədilə görülən işlər çərçivəsində indiyədək cəmi 26 binaya istismar aktı verilib. Buna səbəb isə tikinti şirkətlərinin prosesə o qədər də maraq göstərməməsidir”.

Elxan Əsədov dövlət başçısının fərmanına əsasən Agentlikdə qərargah yaradıldığını və bina sahiblərinin bu mərkəzə müraciət etməklə işlərini daha da sürətləndirə biləcəklərini deyib. Agentliyin rəsmisi onu da bildirib ki, binaların sahiblərinə obyektləri təhvil vermələri üçün 5 ay vaxt verilib.

Agentliyin rəis müavini sahiblərinin binanın vəziyyətini dəyişdirmək iqtidarında olmadığı halda, həmin binaların gələcək taleyinin necə olacağına da aydınlıq gətirib.

Agentliyin rəis müavini bildirib ki, binalarda mövcud olan problemlər müxtəlifdir. Elə binalar var ki, onlarda olan qüsurları aradan qaldırmaq üçün 10 gün, eləsi də var ki, 2-3 ay vaxt lazımdır. Buna görə də bina sahibləri işləri elə qurmalıdırlar ki, fərmanın tətbiq müddəti başa çatanadək sürətləndirmə prosedurlarından yararlana bilsinlər.

Tarix
2019.04.23 / 23:57
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Rüstəm Behrudinin şeirini oxudu - Video

Mehdiyevdən sonra iki böyük vəzifəli şəxs həbs olunacaq

Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video

Gizir Xanıya şəhidlik statusu verildi

Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video

Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi

Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq

Ermənistan sülhlə bağlı səmimi görünmür

Ərdoğan Naxçıvan sazişindən danışdı: Dönüş nöqtəsi...

AB iki Azərbaycan vətəndaşına sanksiya tətbiq etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla