Yuxarı

Bakıda “şirkət rəhbəri” saxlanıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir qrup şəxs Nəsimi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək özünü onlayn iş təklif edən şirkətlərdən birinin rəhbəri kimi qələmə verən Rufət adlı şəxsin internet üzərindən alqı-satqı etmək istiqamətində təlim kursu keçmək vədi ilə onların müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirib dələduzluq etdiyini bildiriblər.

Axar.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Həmin şəxs - 27 yaşlı Rüfət Şirəliyev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar zamanı aşkar edilib ki, R.Şirəliyev özünü İnstaqram sosial şəbəkəsində heç bir müvafiq qeydiyyatı olmayan şirkətin rəhbəri kimi təqdim edib və şəbəkə hesabında çəkdiyi videolarda “Shopify” platforması üzərindən onlayn alqı-satqı etmək üçün təlim kursları təşkil etdiyini bildirib. Kursu mənimsəyən şəxslərin külli miqdarda gəlir əldə edə biləcəklərini deməklə insanlarda təlimə həvəs oyadaraq onların pul vəsaitlərini ələ keçirməyə nail olub.

Həmçinin müəyyən edilib ki, R.Şirəliyev bir neçə şəxsi guya hazır biznesini satacağı adı ilə aldadaraq pul vəsaitlərini ələ keçirib, eləcə də təlimə gələn şəxslərin noutbuklarını proqram köçürmək bəhanəsi ilə onlardan alıb lombarda qoyaraq pul götürüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

R.Şirəliyevin əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Tarix
2025.01.24 / 09:13
Müəllif
Axar.az
Digər xəbərlər

Astana AZAL-la bağlı rus təbliğatını darmadağın etdi

Bu, “qara qutuları”n materiallarından fərqlənir - Bozumbayev

Hikmət Mirzəyev türkiyəli generalla görüşdü - Foto

AZAL təyyarəsi ilə bağlı Qazaxıstandan açıqlama - Təcili

İrəvanı qorxuya salan üç ssenari: Mehridən Göyçəyə qədər...

Ermənistan sərhədimizdə “hava həyəcanı” elan edir

Tramp Rusiyanı hansı sanksiya ilə çökdürmək istəyir?

Rusiya Ermənistanı buna məcbur etdi - Simonyan

Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır?

Trampın Cənubi Qafqazla bağlı siyasəti... - Rusiya XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla