Yuxarı

Şuşanın Qarabağ küçəsi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşa şəhərinin Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində ümumilikdə müxtəlif təyinatlı 10 binanın inşası aparılır.

Axar.az xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğunun icraçı direktorunun müavini Vüqar Məhərrəmov Azərtac-a bildirib.

O qeyd edib ki, inşa olunan binalar arasında mehmanxana, ofislər, iaşə obyektləri, Şuşa Qoruq İdarəsinin sifarişi ilə tikilən iki bina da var. Tikinti işləri yüksək keyfiyyətlə və şəhərin ümumi görünüşünə uyğun həyata keçirilir. Binaların tikintisində Şuşa daşlarından istifadə olunaraq, Şuşanın tarixi-mədəni abidələrinə uyğunlaşdırılır. Bu binaların inşası tarixi Azərbaycan şəhəri olan Şuşanın inkişafı istiqamətində atılan addımların bir hissəsidir.

V.Məhərrəmov qeyd edib ki, Qarabağ küçəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin sifarişi ilə inşa olunan binanın birinci və ikinci mərtəbəsində yerləşən iaşə obyektində qədim Qarabağın unudulmuş milli mətbəxi təqdim ediləcək. Bu da Şuşaya səfər edən qonaqların marağına səbəb olacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Şuşada Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində aparılan tikinti işləri və iaşə obyektlərində yaradılan şəraitlə də tanış olublar.

Tarix
2025.03.28 / 23:18
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-ın Ərdoğan sevgisinin səbəbi - Zülfüqarov

İlham Əliyev Pezeşkianla danışdı

Qabon prezidenti İlham Əliyevi təbrik etdi

Azərbaycanlılara qarşı törədilmiş soyqırım aktı...- Türkiyə MN

Efiopiyanın baş naziri İlham Əliyevi təbrik etdi

Əlcəzair prezidenti İlham Əliyevi təbrik etdi

31 mart Azərbaycan tarixinin faciəvi səhifələrindən biridir

Mehriban Əliyeva soyqırımla bağlı paylaşım etdi

Ermənilər Ordumuzu atəşə tutdu, PUA-larla kəşfiyyat uçuşları...

Azərbaycanlıların Soyqırımı Günü - XİN-dən bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla