Yuxarı

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə gətirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ekstradisiya haqqında” 1957-ci il 13 dekabr tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Vəliyev Hikmət Xanlar oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Ukrayna Baş Prokurorunun Ofisi tərəfindən təmin edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, belə ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Hikmət Xanlar oğlu Vəliyevin Cinayət Məcəlləsinin 182.4-cü (xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə hədə qorxu ilə tələb etmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib. O, təqsirləndirilən şəxs qismində haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilib.

Hikmət Vəliyev Ukraynanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə bu gün Azərbaycana gətirilib.

Tarix
2025.04.24 / 17:41
Müəllif
Axar.az
Digər xəbərlər

Xankəndinin statusu artırılır - Azərbaycan üçün tarixi gün

İlham Əliyevin Çinə dövlət səfəri başa çatdı - Foto

Ölkəmizə hibrid hücumlar AB və Fransadan qaynaqlanır

Azərbaycanda “Çin dili” dövrü başlayır

Papanın dəfnində Azərbaycandan o iştirak edəcək

Şuşanın işğalı: Sənədlər məhkəməyə təqdim edildi

ATƏT-in baş katibi Azərbaycana gəlir

Pezeşkianın Bakı səfərinə qarşı İsrailin həmləsi

Pekində İlham Əliyevin masasına qoyulanlar diqqət çəkdi - Foto

Namazov: Azərbaycana qarşı hərbi əməliyyatlar başlaya bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla