Yuxarı

Fidandan türk dövlətlərinin qalmaqallı qərarına reaksiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə xarici işlər naziri Hakan Fidan Türk Dövlətləri Təşkilatının üzvü olan Qırğızıstan, Özbəkistan və Qazaxıstan, eləcə də qurumun müşahidəçi üzvü Türkmənistanın Cənubi Kiprdə səfirlik açmaq qərarına münasibət bildirib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Hakan Fidan Mərkəzi Asiya ölkələrinin inkişafı və fəaliyyətlərinin qlobal güclər və AB-nin diqqətini çəkdiyini deyib.

Fidan bu vəziyyətin Türkiyə üçün anlaşılan olduğunu vurğulayıb, amma AB tərəfindən bu qarşılıqlı maraqların sui-istifadə edilməyə çalışıldığını gördüklərini də vurğulayıb:

“Baş verənləri yaxından izləyirik, lazımi addımları atırıq, dostlarımızla əlaqə saxlayırıq, məlumat mübadiləsi aparırıq”.

Nazir Türkiyənin türk dünyası ideyasına uyğun şəkildə hərəkət etməyə davam edəcəyini qeyd edib:

“Prinsip etibarilə biz ailəvi məsələləri ictimaiyyət önündə müzakirə etməməyə üstünlük veririk. Türk dünyası ilə aramızda problem yaratmaq istəyənlərin manipulyasiyaları bu baxımdan uğurlu olmayacaq”.

Xatırladaq ki, bundan əvvəl Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla Avropa Birliyi arasında imzalanmış 12 milyard avroluq müqavilədən sonra Cənubi Kipri “adada yeganə qanuni dövlət” kimi tanıyıblar. Türkiyənin “işğalçı dövlət” kimi tanındığı qalmaqallı saziş Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq səviyyədə tanıdılması səylərinə zərbə kimi də şərh edilib.

Tarix
2025.04.24 / 21:14
Müəllif
Axar.az
Digər xəbərlər

Hacızadədən Coliyə: Qərəz kölgə kimidir, ağlı qaranlıqlaşdırır!

Türkiyədən Ermənistanla bağlı bəyanat: Rədd edirik!

Xankəndinin statusu artırılır - Azərbaycan üçün tarixi gün

İlham Əliyevin Çinə dövlət səfəri başa çatdı - Foto

Ölkəmizə hibrid hücumlar AB və Fransadan qaynaqlanır

Azərbaycanda “Çin dili” dövrü başlayır

Papanın dəfnində Azərbaycandan o iştirak edəcək

Şuşanın işğalı: Sənədlər məhkəməyə təqdim edildi

ATƏT-in baş katibi Azərbaycana gəlir

Pezeşkianın Bakı səfərinə qarşı İsrailin həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla