Yuxarı

Yetirmişlidən zəlzələ ilə bağlı vacib açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün İstanbulda baş verən zəlzələ zamanı yayılan görüntülər müzakirələrə yol açıb. Belə ki, silkələnmə anında insanların özünü pəncərədən atması birmənalı qarşılanmayıb. Nəticədə aydın olub ki, vətəndaşlar zəlzələ vaxtı davranış qaydalarını bilmirlər.

Axar.az-ın məlumatına görə, Globalinfo.az-a danışan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib ki, bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır:

“Zəlzələ anında təmkinli olmaq, pəncərəyə yaxınlaşmamaq, eyvana çıxmamaq, liftə minməmək, pilləkənlə qaçmamaq tövsiyə edilir. Vətəndaş evdədirsə, qapı çərçivəsinə çəkilməsi məsləhətdir. Çünki qapının üstündən möhkəm beton bağlamaları keçir və onun altında dayanmaq daha təhlükəsizdir”.

Qurban Yetirmişli bildirib ki, zəlzələ zamanı mebeldən, çilçıraqdan uzaq durmaq lazımdır:

“Gərək insanlar belə hadisəyə hazırlıqlı olsunlar. Birinci mərtəbədə yaşayanlar həyətə çıxa bilərlər. Lakin onlar elə yerdə dayanmalıdırlar ki, binadan bir hissə qopub düşəndə, yaxud ağac aşanda xəsarət almasınlar”.

Tarix
2025.04.24 / 20:33
Müəllif
Axar.az
Digər xəbərlər

Hacızadədən Coliyə: Qərəz kölgə kimidir, ağlı qaranlıqlaşdırır!

Türkiyədən Ermənistanla bağlı bəyanat: Rədd edirik!

Xankəndinin statusu artırılır - Azərbaycan üçün tarixi gün

İlham Əliyevin Çinə dövlət səfəri başa çatdı - Foto

Ölkəmizə hibrid hücumlar AB və Fransadan qaynaqlanır

Azərbaycanda “Çin dili” dövrü başlayır

Papanın dəfnində Azərbaycandan o iştirak edəcək

Şuşanın işğalı: Sənədlər məhkəməyə təqdim edildi

ATƏT-in baş katibi Azərbaycana gəlir

Pezeşkianın Bakı səfərinə qarşı İsrailin həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla