Yuxarı

Şərurlu İsfəndiyar məhkəmədə ifadə verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xüsusi ittiham qaydasında məhkəməyə verilən “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovla bağlı (Şərurlu İsfəndiyar) növbəti məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəkil Asim Abbasov məhkəməyə vəsatət verib.

Vəkil son zamanlar onlarla vətəndaşın şikayətini özündə əks etdirən informasiyaları İsfəndiyar Axundovu xarakterizə edən hallar kimi məhkəmədə iş materialına əlavə etmək üçün məhkəməyə təqdim edib.

Qarşı tərəf vəsatətin təmin edilməməsini məhkəmədən xahiş edib.

İsfəndiyar Axundovun vəkili bildirib ki, mətbuatda İsfəndiyar Axundovla bağlı yayılan məlumatlar qarayaxmadır.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra təqsirləndirilən İsfəndiyar Axundov ifadə verib.

O, iş üzrə özünü təqsirli bilmədiyini, məqsədinin kömək etmək istəməsi olduğunu qeyd edib:

“Məqsədim zərərçəkmişlərin şikayətlərinin həll edilməsi olub. Həll edilsin ki, bununla Emili buraxsınlar. Mənim heç bir günahım yoxdur. Şəhid ailələrinə yardım edirəm, onlara ev verirəm. Qarşı tərəfin vəkilinin suallarını cavablaya bilmirəm. Çünki cavablamaq üçün savadımın yoxdur.

Məhkəmənin növbəti prosesi 5 iyunda keçiriləcək.

Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib.

Tarix
2025.05.22 / 17:10
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşdü

Şahbaz Şərif Azərbaycana gəlir

Növbəti 10-15 ildə Xəzərin səviyyəsi... - Xidmət rəhbəri

Qarabağın Ermənistana birləşdirilməsi… - İşxanyan

İrəvandan Araz çayı ilə bağlı qərar - Bakı nə tələb edirdi?

Hər ay 2 milyon talanır: AMB dərhal reaksiya verməli idi

İsrailin Azərbaycandakı səfirliyində bayraq endirildi - Foto

Azərbaycan XİN İsrailə başsağlığı verdi

Məşhur türk bloger Elgünün qətli ilə bağlı çağırış etdi - Video

İlham Əliyev bu tarixdə Türkiyəyə gedəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla