Yuxarı

Pulsuz “Yarımçıq xatirələr” – Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pulsuz “Yarımçıq xatirələr” – Video

Sabah Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə əlaqədar Elxan Cəfərovun "Yarımçıq xatirələr" bədii filmi pulsuz nümayiş olunacaq.

Axar.az xəbər verir ki, nümayiş "Park Cinema"nın bütün kinoteatrlarında baş tutacaq.

Seanslar belədir:

Park Bulvar: 12:00; 16:00: 20;00; 00:00

Metro Park: 11:30; 15:30; 19:30; 23:30

Flame Towers: 14:00; 18:00; 22:00

Zaqulba: 12:50

Çəkilişləri Belarusiyada və Azərbaycanda aparılan ekran əsəri 1941-ci ildə əfsanəvi Brest qalasında döyüşən və 50 il sonra Qarabağ müharibəsində yenidən əlinə silah alan əsgərdən bəhs edir.

Ekran əsərinin ssenari müəllifləri Yavər Rzayev və Konstantin Vorobyov, quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamları Rafiq Nəsirov və Vadim Şafranski, bəstəkarı Polad Bülbüloğlü, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Bəhruz Vaqifoğlu, Gülzar Qurbanova, Şamil Süleymanlı, Qurban İsmayılov, Georgi Caara, Mixail Kaminski, Aleksandr Pavlov, İvan Matskeviç və digərləri canlandırırlar.

Qeyd edək ki, "Yarımçıq xatirələr" filmi 2015-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb.

Tarix
2016.02.25 / 17:26
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Sülh sazişinə çox az qaldı - Vilson

Erməni diplomat: Bakı İrəvandan ərazi tələb edə bilər!

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan liderinin Pezeşkianla telefon danışığı... - Arakçı

Rusiya-ABŞ razılığa gələ bilmədi, Ukrayna üçün fürsət yarandı

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Vensin Bakı səfərinin vaxtı açıqlandı

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla