Yuxarı

Göyçayda ev kül oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Göyçayda ev kül oldu

Göyçay rayonunda fərdi yaşayış evi yanıb.

FHN-dən Axara-az-a verilən məlumata görə, hadisə gecə saat 3:30 radələrində rayonun Çaxırlı kəndində qeydə alınıb. Kənd sakini 1951-ci il təvəllüdlü Allahverdiyev Zəkiyə Əlisa qızına məxsus ümumi sahəsi 372 kvadratmetr olan iki mərtəbəli 5 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı evin ikinci mərtəbəsindəki ümumi sahəsi 176 kvadratmetr olan 3 otaq içərisindəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb. Ailə üzvləri yatmış olduğundan yanğın hadisəsindən gec xəbər tutublar və bu səbəbdən yanğından mühafizə hissəsinə vaxtında məlumat verilməyib. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verdiyi, hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2016.02.26 / 09:06
Müəllif
Axar.az
Digər xəbərlər

Sülh sazişinə çox az qaldı - Vilson

Erməni diplomat: Bakı İrəvandan ərazi tələb edə bilər!

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan liderinin Pezeşkianla telefon danışığı... - Arakçı

Rusiya-ABŞ razılığa gələ bilmədi, Ukrayna üçün fürsət yarandı

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Vensin Bakı səfərinin vaxtı açıqlandı

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla