Yuxarı

Bakı istədi, İrəvan verməkdən imtina etdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər sosial şəbəkələrdə aşağıdakı sənədi uzun zamandır paylaşaraq qeyd edirlər ki, Azərbaycanın öz tarixi yoxdur və onlar “qədim erməni əşyasını” müvəqqəti olaraq Azərbaycan Tarix Muzeyində sərgilələməri üçün Ermənistandan xahiş edirlər. Guya bu məktub göstərir ki, Azərbaycana aid heç bir qədim arxeoloji qazıntı və əşya yoxdur.

Gəlin bu məsələyə aydınlıq gətirək:

Birincisi, bu tapıntı Ermənistan ərazisində tapılıbsa və onun ermənilərə aidiyyəti varsa, Azərbaycan niyə “qədim erməni əşyası”nı “Qədim Azərbaycan tarixi” bölməsində sərgiləsin?

İkincisi, Ermənistan ərazisi deyilən coğrafiya 1918-ci ildə Batum konfransı zamanı Osmanlı, Rusiya, ABŞ, Almaniya, İran və digər dövlətlərin təzyiqi ilə ermənilərə verilib.

Üçüncüsü isə indiki Ermənistan ərazisində türklərin yaşam tarixi kifayət qədər qədim dövrlərə gedib çıxır.

Keçək əsas məsələyə: bu əşya nə zaman tapılıb və niyə ermənilər onu Azərbaycana verməkdən imtina etdilər? Bunun üçün elə ermənilərin öz araşdırmalarına müraciət edək: Qaregin Tumanyanın “Ermənistanda dəmir dövrünə aid dəfnlərin tarixləşdirilməsi məsələsinə dair” məqaləsi və A.G.Perixanyanın “Zəngəzurda arameycə yazı (Mərkəzi İran dialektologiyasının bəzi məsələləri)” məqaləsi ilə yanaşı, B.A.Kuftina, A.A.Jessena, A.İ.Terenojkina, Y.N.Voronova, M.N.Poqrebova kimi rusiyalı arxeoloqların araşdırmaları bizə bu məsələyə aydınlıq gətirməyə imkan verir.

1961-ci ildə Ermənistan SSR ərazisində arxeoloji qazıntılar aparılır. Məqsəd regionda kimmer-skif dövrünə aid arxeoloji əşyaların araşdırılması idi. Çünki ondan öncə Mingəçevirdə aparılan tədqiqatlar zaman I, II və III kurqanlarda qeyd edilən dövrlərə aid silahlar, əşyalar, pullar və sairə tapılmışdı. Ermənistanda tapılan dəmir oraq formalı bıçağın Rusiya, Azərbaycan və Ermənistan alimləri tərəfindən Mingəçevirdə kurqanlardakı tapılanlarla eynilik təşkil etdiyi müəyyən edilir. Eramızdan əvvəl X-IX əsrlərə aid olan bu alətin Mingəçevir ərazisindən soyğunçular tərəfindən aparılaraq Ermənistan ərazisində kurqanda gizlədilməsi faktı ortaya çıxır. Bu alətin Mingəçevir arxeoloji kompleksinə məxsus olduğu yuxarıda adını çəkdiyim alimlər tərəfindən birmənalı olaraq təsdiq edilir. Onun öz sahibinə - Azərbaycana verilməsi məsələsi gündəmə gələndə Ermənistan tərəfi bunun onların ərazisindən tapıldığını bəhanə edərək dəmir oraq formalı bıçağı verməkdən imtina edir. Bu zaman yarana biləcək (xüsusilə o dövrlərdə milli məsələ olması Moskvaya sərf etmirdi) mübahisənin qarşısını almaq üçün Mərkəzi Komitə qərar verir ki, əşya Ermənistan Tarix Muzeyində Azərbaycan SSR-ə məxsus inventar kimi saxlanısın.

Azərbaycan tərəfinə də səlahiyyət verilir ki, Ermənistandan bunu müəyyən müddət götürüb öz Tarix Muzeyində sərgiliyə bilsin. Məhz qeyd edilən məktub bu məsələ ilə bağlıdır. Ermənilər yenə əsas səbəbi gizlədərək, şou yaradırlar və bunu dünyaya yayırlar. Reallıq isə budur. Bununla bağlı arxivdə kifayət qədər yazışmalar və ən əsası erməni və rus alimlərin ciddi araşdırmaları var.

Tarix
2024.10.25 / 13:46
Müəllif
Zaur Əliyev
Digər xəbərlər

Bakıdan Fransanı qınayan bəyanat yayıldı

Yeni Kaledoniyada nümayişlərə qarşı Fransanın cavabı... - Pais

Azərbaycan Avropa Birliyinə nota verdi

Milli Məclisin iclasları təxirə salınacaq

Paşinyan və Mirzoyan Bakıya dəvət edilib

Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı?

İrəvan Bakıdan onun meyitini istəməyə hazırlaşır

Ermənistan Arazı çirkləndirir - Şərqi Azərbaycan rəsmisi

Prezidentdən delimitasiya ilə bağlı fərman

Xaçatryan delimitasiya sənədini təsdiqlədi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla