Yuxarı

Süni intellekt: xəstəlik səslə müəyyənləşəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Süni intellekt: xəstəlik səslə müəyyənləşəcək

ABŞ alimlər qrupu hərbi əməliyyatlarda iştirak etmiş veteranların posttravmatik stress pozuntusunun (PTSP) səs xüsusiyyətlərinə görə müəyyənləşdirilməsi məqsədilə tədqiqat aparıb. Tədqiqatın yekununda süni intellekt əsasında xəstəlik simptomlarını aşkarlayan xüsusi kompüter proqramı hazırlanıb. PTSP-də diaqnostik dəqiqlik göstəricisi 89 faiz təşkil edib.

Axar.az İktnyus-a istinadla xəbər verir ki, tədqiqatda İraq və Əfqanıstanda aparılan hərbi əməliyyatların 53 PTSP diaqnozlu veteranı, eləcə də belə xəstəliyi olmayan 78 veteran iştirak edib.

Alimlər könüllülərlə aparılan çoxsaatlı diaqnostik söhbətləri qeydə aldıqdan sonra qısa audioyazılar formasında 40 mindən çox nitq xüsusiyyəti aşkarlayıblar. Tədqiqatda istifadə edilən nitq analizi texnologiyası tələffüz edilən sözləri danışığın tezlik, ritm, ton və artikulyasiya xüsusiyyətləri ilə müqayisə edib.

Daha sonra səs analizi kompüter təlimi alqoritmləri çərçivəsində proqram şablonları yaradıb və sınaqda iştirak edənlərin spesifik nitq xüsusiyyəti nümunələrini onların PTSP-yə malik olub-olmaması ilə əlaqələndirib. Alimlər qeyd edib ki, anlaşılmaz danışıq və insan səsinin cansız tonu uzun müddət posttravmatik pozuntunun əsas simptomu hesab edilsə də, aparılmış tədqiqat belə yanaşmanın səhv olduğunu müəyyənləşdirib.

Tarix
2019.04.26 / 00:25
Müəllif
Axar.az
Digər xəbərlər

Vardanyanın müraciətləri araşdırıldı

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video

Azərbaycan dünyanın ən güclü tank qüvvələri reytinqində...

İlham Əliyev Tokayevi təbrik etdi

Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək - Özər

İsveçin İrandakı səfirliyi Bakıda fəaliyyət göstərir

Gevorkyan Azərbaycan benzinindən danışdı: Təəssüf...

Ankara və Bakını münaqişəyə cəlb etməyə çalışırlar

Qlobal enerji qiymətlərində kəskin artım: Azərbaycana təsiri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla