Yuxarı

Magistral xətdə qəza: bu rayonun bir hissəsi susuz qaldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Magistral xətdə qəza: bu rayonun bir hissəsi susuz qaldı - Foto

Kürdəmir rayonunda Külüllü-Kürdəmir magistral su boru xəttinin partlaması nəticəsində 8 400 abonent susuz qalıb.

Axar.az xəbər verir ki, hadisə Ağsu-Bəhrəmtəpə yolunun 27-km-də, xəttin Topal-Həsənli kəndi ərazisindən keçən hissəsində, diametri 500 mm olan polietilen boruda baş verib.

Hadisə yerinə dərhal Kürdəmir su meliorasiya sistemlərinin istismarı idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması istiqmətində zəruri işləri həyata keçirirlər.

Külüllü - Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına çəkilib, rayonun mərkəzində və 6 kəndində 21 000 nəfər əhaliyə xidmət edir.

İdarənin rəis müavini Rəfael Hacıyevin sözlərinə görə, hadisəyə səbəb politelin borularda baş verən deformasiyadır.

Qəzanın nəticələri günün sonuna qədər aradan qaldırılacaq və əhali içməli su ilə tam təmin olunacaq.

Tarix
2025.11.17 / 16:25
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflis Bakıya yox deməyib, ancaq elə qiymət təyin edib ki...

Bu, azərbaycanlıların hüquqlarının pozulmasıdır - Marino

Moskva ilə məsləhətləşmələr aparıldı: Bakıdakı 11 rus...

Sabah Rafael Hüseynov VHP-dən qovulacaq?

Prezidentin yeni təyin etdiyi rektor kimdir? - Dosye

İşçilər üçün şad xəbər: Maaş daha tez veriləcək...

Polis gücləndirilmiş iş rejiminə keçdi - Video

Konqresə Azərbaycanla bağlı qanun layihəsi təqdim olundu

Sabah 8 min abonentin qazı kəsiləcək

Hikmət Hacıyev Mixail Qaluzinlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla