Yuxarı

Süni intellekt onları işsiz qoyacaq - Qorxmaq lazım deyil

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Süni intellekt onları işsiz qoyacaq - Qorxmaq lazım deyil

Süni intellektin televiziya yayımında iştirakı artıq Qərbi Avropa və ABŞ-da müxtəlif funksiyaları yerinə yetirir. Məsələn, radioda DJ-lik edir, televiziya xəbərlərində kamera arxasında fəaliyyət göstərir və proqramlaşdırılır. Yəni süni intellektin inkişafı mövcuddur.

Bu sözləri Axar.az-a açıqlamasında media eksperti Qulu Məhərrəmli süni intellektin televiziya yayımında iştirakı barədə şərh edərkən deyib.

“Azərbaycanda süni intellektin televiziyada tətbiqi texnoloji baxımdan ciddi yenilikdir.

Süni intellektin aparıcılığına isə təhlükəli bir hadisə kimi baxmağa dəyməz, çünki bu dünya təcrübəsində mövcuddur və biz də onu tətbiq edirik. Süni intellektin jurnalistikada iştirakı digər sahələrdə olduğu kimi labüddür, vacibdir və təbii qarşılanmalıdır. Süni intellekt yardımçı vasitədir, onu insan idarə edir və ondan qorxmaq lazım deyil. İşsizlik problemi həmişə mövcud olub və olacaq, amma tutaq ki, televiziyada xəbər oxumaq və radioda DJ-lik kimi təcrübələr özünü doğruldarsa, həmin televiziya və ya radio müəyyən dərəcədə vəsaitə qənaət etmiş olar”, - o qeyd edib.

Ekspertin sözlərinə görə, geniş mənada süni intellektin bu sahədə tətbiqi vacibdir və praktikada özünü göstərir.

“Məsələn, 2025-ci ilin ilk 10 ayında bütün dünyada hazırlanan informasiyaların təxminən 12%-ni süni intellekt hazırlayıb. Bu, yeni tətbiqlərin ciddi və əhəmiyyətli göstəricisidir. Buna həyatın və texnologiyanın xüsusi mərhələsi kimi baxmaq lazımdır. Qorxmağa səbəb yoxdur, çünki süni intellekti məhz insan şüuru idarə edir”.

Tarix
2025.11.18 / 07:00
Müəllif
Aysel Baxşiyeva
Digər xəbərlər

Ququşdan iranlılara Pəhləvi ilə bağlı çağırış

Azərbaycanlılar aksiyalara buna görə qoşulmur

Pəhləvini iki şəxs arzulayır: Xamenei və Netanyahu

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla