Yuxarı

ABB-də səsli süni intellekt köməkçisi ilə bank əməliyyatları!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABB-də səsli süni intellekt köməkçisi ilə bank əməliyyatları!

Bir çox yeni təcrübələri ölkəmizə gətirən ABB bu dəfə müştərilərinə tamamilə fərqli bir xidmət təqdim edib. Artıq ABB müştəriləri süni intellekt əsaslı səsli icra təcrübəsindən də faydalana bilərlər. AI-khan və AI-nur adlı virtual köməkçilər onlara ABB-nin xidmət və məhsulları ilə bağlı bütün məsələlərdə operativ kömək göstərəcək, əməliyyatlarını səsli komandalarla yerinə yetirəcək, suallarını cavablandıracaqlar.

Bu yenilik hazırda Beta test mərhələsindədir. ABB mobile tətbiqinin əvvəlcədən qeydiyyatdan keçmiş 10 000 istifadəçisi artıq AI-khan və AI-nurla danışıb ilk funksiya kimi telefon nömrəsi ilə pul köçürməsini test edə bilərlər.

Vəsait köçürüləcək mobil nömrə pul köçürən şəxsin telefonunun yaddaşında olmalıdır. İstifadəçi vəsait köçürüləcək mobil nömrə sahibinin ad və soyadını səsləndirir, virtual köməkçi dərhal əməliyyatı yerinə yetirir.

Yeni süni intellekt texnologiyası müştərilərə bank əməliyyatlarını daha rahat, sürətli və intuitiv şəkildə həyata keçirməyə imkan yaradır. Bu zaman təhlükəsizlik də ən yüksək səviyyədə qorunur.

İlkin mərhələdə hələlik bu imkan pul köçürmələrinə və bankla bağlı sualların cavablandırılmasına aid olsa da, tezliklə yeni süni intellekt təcrübəsi başqa bank əməliyyatlarını da əhatə edəcək və müştəri rəylərini nəzərə alaraq daha da təkmilləşdiriləcək.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

Tarix
2025.12.02 / 17:53
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanla bağlı bu addımları atacağıq - Ərdoğan

Hazırkı amnistiya 7-ci və ən böyüyüdür

Arakçının Bakı səfərindən sonra İranın Zəngəzur açıqlaması...

Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır

Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi

Azərbaycanlı senator axtarışa verildi

Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır

Milli Məclis bu memorandumu ratifikasiya etdi

İlham Əliyev Bəhreynin Kralını təbrik etdi

Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla