Yuxarı

Təhsil Nazirliyi məktəblərə təlimat göndərdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təhsil Nazirliyi məktəblərə təlimat göndərdi

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə aprelin 26-28-də Bakı şəhərində keçiriləcək "Formula 1" SOCAR Azərbaycan Qran-prisi ilə bağlı təlimat məktubu göndərilib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, məktubda sözügedən yarışla əlaqədar şəhərin bəzi küçə və prospektlərinin bağlı olduğu nəzərə alınaraq, şagirdlərin dərslərdə iştirakının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi, həmçinin alternativ yolların müəyyən edilərək valideynlərə məlumat verilməsi qeyd olunur.

Qeyd edək ki, “Formula-1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar keçirilən yarışların hərəkət sxeminə aid küçədə üç təhsil müəssisəsi yerləşir. Həmin məktəblər T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbdir.

Xatırladaq ki, T.İsmayılov adına 6 nömrəli məktəb-liseydən şagirdlərə aprelin 30-na qədər istirahət verildiyi bildirilmişdi.

Tarix
2019.04.24 / 14:06
Müəllif
Axar.az
Digər xəbərlər

Vardanyanın müraciətləri araşdırıldı

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video

Azərbaycan dünyanın ən güclü tank qüvvələri reytinqində...

İlham Əliyev Tokayevi təbrik etdi

Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək - Özər

İsveçin İrandakı səfirliyi Bakıda fəaliyyət göstərir

Gevorkyan Azərbaycan benzinindən danışdı: Təəssüf...

Ankara və Bakını münaqişəyə cəlb etməyə çalışırlar

Qlobal enerji qiymətlərində kəskin artım: Azərbaycana təsiri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla