Yuxarı

Millət vəkili tələbələrlə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili tələbələrlə görüşdü - Foto

Millət vəkili Qənirə Paşayeva Bakı Dövlət Universitetində “Kəpənək effekti” layihəsinin qonağı olub.

Axar.az xəbər verir ki, millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva universitet rəhbərliyinə, tədbiri təşkil edənlərə təşəkkürünü bildirib, ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələrdən danışıb.

Millət vəkili gəncləri daha çox oxumağa, mütaliəyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb:

“Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və gənclərimiz oxumağa, peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar”.

Q.Paşayeva gəncləri xüsusilə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyib. O bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini dərindən bilməlidir.

Millət vəkili torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində daha çox işlər görülməli olduğunu deyib və bu istiqamətdə gənclərin üzərinə düşən vəzifələr barədə danışıb.

Q.Paşayeva həmçinin qeyd edib ki, gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması, qadınların cəmiyyətin bütün sahələrində, o cümlədən biznesdə də rolunun genişləndirilməsinə dəstək, qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizənin aparılması Azərbaycan dövlətinin prioritetləri sırasındadır. Toplumun və dünyanın inkişafı qadınların təhsilindən və inkişafından keçdiyini vurğulayan millət vəkili bildirib ki, savadlı cəmiyyət savadlı anadan keçir.

Tədbirin sonunda gənclər üçün kitab hədiyyə edən millət vəkili tələbələri maraqlandıran sualları da cavablandırıb.

Tarix
2019.04.24 / 18:10
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Vardanyanın müraciətləri araşdırıldı

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video

Azərbaycan dünyanın ən güclü tank qüvvələri reytinqində...

İlham Əliyev Tokayevi təbrik etdi

Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək - Özər

İsveçin İrandakı səfirliyi Bakıda fəaliyyət göstərir

Gevorkyan Azərbaycan benzinindən danışdı: Təəssüf...

Ankara və Bakını münaqişəyə cəlb etməyə çalışırlar

Qlobal enerji qiymətlərində kəskin artım: Azərbaycana təsiri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla