Yuxarı

Xocasən, Xocəsən, yoxsa Xocahəsən?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xocasən, Xocəsən, yoxsa Xocahəsən?

2019.06.05

Binəqədi rayonunda yerləşən Xocasən (Xocəsən) qəsəbəsinin adı mediada və bəzi rəsmi məlumatlarda yanlışlıqla “Xocahəsən” formasında yazılır.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu qəsəbənin adı Xocəsəndir və rəsmi sənədlərdə də bu cür qeyd edilib.

Qəsəbənin adını az qala hər gün press-relizlərində yazan qurumlardan biri - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirildi ki, qəsəbənin adının bəzi hallarda “Xocahəsən” deyə yazılması rəsmi saytlara görədir. Belə ki, bəzən qəsəbənin adının “Xocahəsən” formasında qeyd edilməsinə də rast gəlinir.

Bildirildi ki, artıq son aylarda qəsəbənin adı yaydıqları məlumatda “Xocəsən” olaraq qeyd edilir.

Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat katibi Nuridə Allahyarova isə qeyd etdi ki, 1999-cu ildə Xocasən inzibati ərazi vahidi təsdiq olunduğu zaman rəsmi sənəddə hansı formada yazılıbsa, o formada - yəni Xocasən deyil, Xocəsən olaraq - yazırlar.

***

Məsələ ilə bağlı Kult.az-a danışan Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova isə bildirib ki, Nazirlər Kabineti tərəfindən 2000-ə yaxın yaşayış məntəqəsinin adının transliterasiyası ilə bağlı tapşırıq verilmişdi:

“Həmin komissiyanın qəbul etdiyi sənəddə sözügedən qəsəbənin adı “Xocahəsən” kimi qəbul olunub. Ona görə də Toponimiya komissiyasının qəbul etdiyi formanı əsas götürərək, bütün rəsmi yazışmalarda, eləcə də digər məlumatlarda qəsəbənin adı “Xocahəsən” yazılmalıdır.

Qəsəbənin adı rus, ingilis dillərinə də “Xocahəsən” formasında transliterasiya olunub”.

Göründüyü kimi, qəsəbənin adı 2-3 formada rəsmiləşib.

Tarix
2019.06.07 / 13:02
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Vardanyanın müraciətləri araşdırıldı

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video

Azərbaycan dünyanın ən güclü tank qüvvələri reytinqində...

İlham Əliyev Tokayevi təbrik etdi

Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək - Özər

İsveçin İrandakı səfirliyi Bakıda fəaliyyət göstərir

Gevorkyan Azərbaycan benzinindən danışdı: Təəssüf...

Ankara və Bakını münaqişəyə cəlb etməyə çalışırlar

Qlobal enerji qiymətlərində kəskin artım: Azərbaycana təsiri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla