Yuxarı

Bakı Konqres Mərkəzində bütün tədbirlər dayandırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Konqres Mərkəzi texniki səbəblərlə əlaqədar olaraq qısa müddətli təmir işlərinə başlayır. Bu müddət ərzində Mərkəzdə keçirilməsi planlaşdırılan bütün tədbirlər tam şəkildə dayandırılıb.

Axar.az xəbər verir ki, bu barədə mərkəzdən yayılan məlumatda bildirilib.

Aprelin 5-də Mərkəzdə keçirilmiş konsert proqramından sonra “Auditoriya” zalında quraşdırılmış innovativ hərəkətli döşəmə sistemində yaranan texniki nasazlıq səbəbi ilə avadanlığın təmiri, yoxlanılması və kalibrlənməsi üçün xarici mütəxəssislərin dəvət edilməsi tələb olunur. Yüksək texnoloji və kompleks quruluşa malik bu sistemin yalnız istehsalçı şirkət tərəfindən sertifikatlaşdırılmış mütəxəssislər tərəfindən bərpa edilə biləcəyi qeyd olunur.

Mərkəzdən verilən məlumata görə, təhlükəsizlik və avadanlığın düzgün fəaliyyəti təmin olunmadan tədbirlərin keçirilməsi mümkün deyil. Qeyd olunan səbəblərlə əlaqədar olaraq yaxın müddətdə “Auditoriya” zalında hərəkətli döşəmə sistemindən istifadəni nəzərdə tutan bütün planlaşdırılmış tədbirlər təmir işləri başa çatanadək tam şəkildə dayandırılıb. Mərkəz yaranan narahatlığa görə üzr istəyib və tədbirlərin təhlükəsiz və keyfiyyətli şəkildə keçirilməsi üçün bütün zəruri addımların atıldığını bildirib.

Məlumata görə, təmir bərpa işləri dövrünə təsadüf edən və ləğv olunmuş tədbirlər üzrə əldə olunmuş biletlərlə bağlı məsələlər üzrə iticket.az-a müraciət edilməsi tövsiyə olunub.

Qeyd olunur ki, artıq xarici mütəxəssislərin cəlb edilməsi və ehtiyat hissələrinin sifarişi ilə bağlı zəruri işlərə başlanılıb. Prosesin nə qədər vaxt alacağı barədə dəqiq müddət göstərilməsə də, Mərkəzin komandası işlərin mümkün qədər tez başa çatdırılmasına çalışır.

Texniki sistemin funksionallığı bərpa edildikdən sonra Bakı Konqres Mərkəzi tədbirlərin qəbulunu əvvəlki səviyyədə davam etdirəcək.

Tarix
2025.04.06 / 13:20
Müəllif
Axar.az
Digər xəbərlər

Ali təhsil və əmək bazarı

Ukrayna müharibəsi bitən kimi Ermənistan çökəcək – Köçəryan

İsrailə qarşı cihad elan olundu

Ankara-Bakı-Tiflis yeni əməkdaşlıq mexanizmi yaradır

Sahibə Qafarova Knessetin sədri ilə görüşdü

İran azərbaycanlı icma sədrini niyə öldürmək istəyib?

Qarabağda mina partlayışı: XİN dünyaya çağırış etdi

Erməni ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi - Sərkisyan

Erməni əsilli şəxslərə dair Türkiyə adından feyk...

Türkiyə ilə bağlı dəhşətli plan: Adı və etnik tərkibi dəyişir…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla