"Azercell"in dəstəyi ilə "Bahar Düşərgəsi" təşkil olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq olimpiadalara hazırlaşan məktəblilər intensiv təlimlərə qatıldılar.

Axar.az xəbər verir ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlərin bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə 23-28 mart 2025-ci il tarixlərində Şəmkir rayon Kimya-Biologiya təmayüllü liseyində "Bahar Düşərgəsi" təşkil olunub. Azercell-in dəstəyi ilə keçirilən layihənin əsas məqsədi məktəblilərin olimpiadalara hazırlıq səviyyəsini artırmaq, komanda ruhunu gücləndirmək və iştirakçılar arasında bilik mübadiləsini təşviq etməkdir.

İntensiv proqram çərçivəsində iştirakçılar hər gün beynəlxalq olimpiadaların formatına uyğun yarışlara qoşulublar. Sessiyalar zamanı təqdim olunan məsələlərin həlli izah edilib, yeni mövzular ətrafında müzakirələr aparılıb. Eyni zamanda, məktəblilər üçün sınaq imtahanları, intellektual oyunlar da təşkil olunub.

Azercell 2017-ci ildən etibarən Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində rəqəmsal savadlılığın inkişafına töhfə vermək məqsədilə gənc istedadların informatika üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesinə dəstək verir. Bu illər ərzində həm paytaxt, həm də bölgə məktəblərinin şagirdləri müxtəlif yaş qrupları üzrə beynəlxalq proqramlaşdırma müsabiqələrində ümumilikdə 90 medal qazanaraq ölkəmizi uğurla təmsil ediblər.

Tarix
2025.04.09 / 18:16
Müəllif
Axar.az
Digər xəbərlər

Hacızadədən Coliyə: Qərəz kölgə kimidir, ağlı qaranlıqlaşdırır!

Türkiyədən Ermənistanla bağlı bəyanat: Rədd edirik!

Xankəndinin statusu artırılır - Azərbaycan üçün tarixi gün

İlham Əliyevin Çinə dövlət səfəri başa çatdı - Foto

Ölkəmizə hibrid hücumlar AB və Fransadan qaynaqlanır

Azərbaycanda “Çin dili” dövrü başlayır

Papanın dəfnində Azərbaycandan o iştirak edəcək

Şuşanın işğalı: Sənədlər məhkəməyə təqdim edildi

ATƏT-in baş katibi Azərbaycana gəlir

Pezeşkianın Bakı səfərinə qarşı İsrailin həmləsi

KULT
<> <>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla