Yuxarı

“Mədinə doğru deyir: o, mənim qızımdır”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Mədinə doğru deyir: o, mənim qızımdır”

"Mədinə mənə həmişə "üzü nurlu atam mənim" deyə müraciət edir. O mənə övladlarım qədər yaxın və doğma olan mənəvi qızımdı, mən də onun mənəvi atası".

Bu sözləri Axar.az-a əməkdar artist Şamil Süleymanov "Kristal" qrupunun rəhbəri Mədinə Məlikin onun qızı olması ilə bağlı dediklərinə münasibət bildirərkən qeyd edib.

Aktyorun sözlərinə görə, M. Məlikin bu müraciəti və mətbuatın da bunu belə işıqlandırması onun sevindirib:

"Mən indi ən xoşbəxt günlərimi yaşayıram. Bu günlərdə bir problemlə bağlı xəstəxanaya getməli oldum. Burada mənə ən böyük dəstəyi övladlarımdan da çox Mədinə etdi.

Mənə "ata", "üzü nurlu atam" deməklə fərəhləndirdi. Bu mənim üçün fəxrdir ki, Mədinə kimi ağıllı bala məni özünə mənəvi ata bilir. Elə belə də yazın ki, mənim mərd qızım Mədinə atasını bu günlərdə tək qoymadı".

Axşam.az-ın məlumatına görə, Mədinə Məlik sosial şəbəkədə Milli Kino günü ilə bağlı atasını təbrik edib: "Atam, səni və sənin simanda bütün aktyorlarımızı təbrik edirəm. Allah səni mənə çox görməsin".

Bir çoxları bu xəbərdən təəccübləndiyini və prodüserin Ş.Süleymanlının qızı olduğunu bilmədiyini yazıb.

Tarix
2015.08.04 / 12:27
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

İlham Əliyev İsveç Kralını təbrik etdi

Azovda həlak olan azərbaycanlıların yaxınları danışdı - Video

Naxçıvanda 2800 illik sirr üzə çıxdı - Alim açıqladı

Gəmidən sağ çıxan azərbaycanlı: Xilas edə bilmədik - Video

Trampın İranla bağlı qərarı düzgündür - Putin

"Azərsun Holdinq" ətraf mühit tədbirini dəstəklədi

Paşinyan 3 “Ermənistan”a qarşı: nələr gözlənilir?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla