
Qarabağ atları yenidən Etnoidman festivalında... - Foto
18:31
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Rusiya və Ukrayna arasında danışıqların yeni mərhələsi iyunun ortalarında Vatikanda keçirilə bilər.
Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” mənbələrə istinadla məlumat yayıb.
“ABŞ Prezidenti Donald Tramp ötən bazar günü Avropa liderlərinə ABŞ Dövlət katibi Marko Rubionu və xüsusi nümayəndəsi Keyt Kelloqu bu danışıqlara göndərə biləcəyini deyib. Vatikanda danışıqların iyunun ortalarında başlayacağı gözlənilir”, - mənbə bildirib.
Qeyd edək ki, Roma Papası XIV Leo Rusiya və Ukrayna arasında danışıqları Vatikanda keçirməyə hazır olduğunu demişdi.
Tarix
2025.05.22 / 12:52
|
Müəllif
Zeynəb Əkbər
|